Bu gün Ümumdünya Su Günüdür

Cəmiyyət


22 mart – Ümumdünya Su və ya Su Resursları Günüdür. Ümumdünya Su Resursları Gününün keçirilməsi haqqında ilk təklif 1992-ci ilin iyununda Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) irəli sürülüb. BMT-nin Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən, Ümumdünya Su və ya Su Resursları Günü qeyd olunmağa başlanılıb.

resmixeber.az xatırladır ki, bu il BMT-nin diqqət mərkəzindəki məsələ su və kanalizasiya böhranını həll etmək üçün dəyişikliklərin sürətləndirilməsidir. Qlobal kampaniya insanları sudan istifadə, istehlak və idarə etmə üsullarını dəyişdirmək üçün öz həyatlarında hərəkətə keçməyə təşviq edir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir