Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və üzvləri BMT Baş katibliyində gender balansına dair çağırış ediblər

Baş səhifə

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və üzvləri
tərəfindən beynəlxalq media platforması “Project Syndicate”-də dərc
olunmuş məqalədə Birləşmiş Millətlər Təşkilatının növbəti Baş
katibinin qadın olması ilə bağlı çağırış səsləndirilib.

Trend xəbər verir ki,
məqalənin müəllifləri sırasında Mərkəzin həmsədri, Latviyanın sabiq
Prezidenti Vayra Vike-Frayberqa, Gürcüstanın sabiq baş nazirinin
müavini Eka Tkeşelaşvili və Avstriyanın sabiq xarici işlər naziri,
sabiq Avropa Komissarı Benita Ferrero-Valdner yer alır.

Məqalədə qeyd olunur ki, qlobal idarəetmədə inklüzivliyin və
təmsilçiliyin gücləndirilməsi BMT-nin legitimliyi və effektivliyi
baxımından mühüm əhəmiyyət kəsb edir. Müəlliflər vurğulayırlar ki,
təşkilatın tarixində bu günədək qadın Baş katibin olmaması mövcud
gender balanssızlığını göstərir və bu boşluğun aradan qaldırılması
BMT-yə olan etimadın artırılmasına xidmət edə bilər.