Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatı Azərbaycanda da yayımlanacaq

Siyasət

Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstəriləcək.

Prezident.az-ın məlumatına görə, bununla əlaqədar olaraq Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama görə, 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının yayım hüququnu Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin əldə etməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinə 940 500,0 (doqquz yüz qırx min beş yüz) avronun manat ekvivalentində vəsait ayrılacaq.

Maliyyələşməni təmin etmək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir