Zelenski: “Ukraynada yaşayan rusiyalılar vətəndaşlıqdan məhrum edilməlidir”

Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, ölkədə siyasi və ya mənəvi təsiri olan bütün rusiyalılar Ukrayna vətəndaşlığından məhrum edilməli və Rusiya Federasiyasında yaşamalıdırlar.

“Bizim vəzifəmiz bu gün dövlətimizə siyasi, yaxud mənəvi təsir göstərmək imkanı olan və Rusiya Federasiyası vətəndaşlığına malik bütün ikili, üçlü vətəndaşların yalnız bir vətəndaşlığının qalmasını təmin etməkdir – Rusiya Federasiyası vətəndaşlığı. Mən hesab edirəm ki, onlar onunla müvafiq dövlətdə yaşamalıdırlar. Mənə elə gəlir ki, bu, tamamilə ədalətlidir”, – deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, bu, “dövlətin vətənpərvər vətəndaşlarına” aid edilməyəcək.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir