London SEPAH-ın xüsusi təyinatlılarının komandanına qarşı sanksiyalar tətbiq edib

Dünya


Böyük Britaniya İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Əl-Qüds” xüsusi təyinatlılarının komandanı, briqada generalı İsmayıl Qaanini sanksiyalar siyahısına əlavə edib.

Krallığın Xarici İşlər Nazirliyinin saytında dərc olunan sənədə, həmçinin Fələstinin “Əl-Qüds” qüvvələri və onun komandiri Məhəmməd Seyid İzadinin adları da daxil edilib.

Qərar onların Birləşmiş Krallığın və ya hər hansı digər ölkənin bütövlüyünə, rifahına və ya təhlükəsizliyinə xələl gətirən və ya onu pozan hərəkətlərin planlaşdırılması və ya həyata keçirilməsi ilə bağlı İran hökumətinin düşmənçilik fəaliyyətində iştirakına əsaslanıb.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir