“Forbes” Bakını səyahət etmək üçün planetin ən yaxşı yerlərindən biri adlandırdı

Cəmiyyət

“Bakı 2023-cü ildə səyahət etmək üçün planetin ən yaxşı yerlərindən biridir”.

Bu barədə “Forbes” jurnalında dərc olunmuş məqalədə bildirilib. Nəşr 2023-cü ildə ən yaxşı turizm istiqamətlərinin siyahısını dərc edib və Azərbaycanın paytaxtı bu siyahıda yer alıb.

“Qafqaz dağlarının Dubayı adlandırılan Bakı təzadlar şəhəridir”, – deyə məqalə müəllifi Anya Kartaşova bildirib.

O, paytaxt şəhərinin memarlıq xüsusiyyətlərinə diqqət çəkərək, “Formula-1” yarışlarının Bakıda keçirildiyini də qeyd edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir