Şahzadə Harrinin həyatı ilə bağlı qalmaqallı kitab satışa çıxarıldı – FOTO

Dünya

Britaniya şahzadəsi Harrinin avtobioqrafik kitabı (“Ehtiyat”) Böyük Britaniyada rəsmi şəkildə satışa çıxarılıb.

Londonun Hitrou və Qatvik hava limanları da daxil olmaqla təxminən on kitab mağazası bazar ertəsi gecəsindən səhərə qədər kitabı təqdim edən ilk mağaza olmaq üçün fəaliyyətini davam etdirib. Kral III Çarlzın kiçik oğlunun açıq şəkildə həyatını danışdığı 415 səhifəlik bu kitab bu gün səhərdən ölkə boyu bütün kitab mağazalarında satışa çıxarılacaq.

Kitabı həm çap, həm də elektron versiyalarda “Amazon”da 14 funt sterlinqə (17 dollar) əldə etmək mümkündür. Harrinin kitabı bestseller siyahısında artıq ilk yeri tutub. Eyni zamanda bildirilir ki, bir neçə nəfər kitabı onlayn sifariş edərək rəsmi nəşrə bir neçə gün qalmış ala bilib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir