
Bakı. Trend:
Məhkumun həbsdən əvvəl gizlətdiyi silah-sursat aşkarlanıb.
Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidməti məlumat
yayıb.
Məlumata görə, Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə
əməliyyat keçirib.
“Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə
Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza
çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Abşeron rayonu,
Digah qəsəbəsi ərazisində torpağa basdırılaraq gizlədilmiş 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, ona məxsus 1 ədəd daraq və 96
ədəd 7,62 kalibrli güllə, 1 ədəd əl qumbarası aşkar edilərək
götürülüb”, – məlumatda bildirilib.
Qeyd edilib ki, faktla bağlı araşdırma aparılır.

