Paytaxt və bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilə yaranacaq

Baş səhifə

Bakı. Trend:

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin
artırılması, həmçinin artan yük tələbatının qarşılanması məqsədilə
avqustun 4-də Bakıda Transformator Məntəqəsində (TM) təmir-təftiş
işləri aparılacaq. Eləcə də bir sıra rayonlarda müxtəlif
gərginlikli hava elektrik verilişi xətlərində təmir və ağac
budanması işləri həyata keçiriləcək.

Bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı
İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Nəriman Nərimanov,
Əli bəy Hüseynzadə, Abdulla Şaiq, Zülfüqar Adıgözəlov, Cabbar
Qaryağdıoğlu, Salatın Əsgərova, Murtuza Muxtarov küçələrinin bir
hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin
verilişində məhdudiyyət tətbiq olunacaq.

Planlı fasilə saat 09:00-dan 12:00-dək Göyçay Elektrik
Şəbəkəsinə (EŞ) daxil olan Qaraməryəm, Şahsoltanlı, Yekəxana
kəndlərini, saat 10:00-dan 15:00-dək şəhər ərazisində
Məhəmmədhüseyn Şəhriyar, Məhəmməd Əmin Rəsulzadə, Nizami küçələri,
eləcə də rayonun Cəyirli, Çayarxı, Hacalıkənd, Qarabaqqal, Türkman
kəndlərini əhatə edəcək.




Mingeçevir EŞ-nin ərazisində saat 09:00-dan 13:00-dək Təbriz,
Yaşar Muradov, Koroğlu və Züleyxa Həsənova küçələrində enerjinin
verilişində fasilə yaranacaq.

Tərtər EŞ-nin ərazisində saat 10:00-dan 12:00-dək 10 kV-luq 3
saylı “Xoruzlu” hava xəttindən qidalanan yaşayış məntəqələri
gərginliksiz qalacaq.

Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə
abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə
təmin olunacaqlar.