
Bakı. Trend:
ABŞ Federal Ehtiyat Sistemi (FES) federal fondlar üzrə faiz
dərəcəsini illik 3,5–3,75 faiz diapazonunda saxlayıb.
Bu barədə Federal Açıq Bazar Əməliyyatları Komitəsi (FOMC)
məlumat yayıb.
Qərar analitik və iqtisadçıların gözləntiləri ilə üst-üstə
düşüb.
FOMC-nin 12 üzvündən 9-u faiz dərəcəsinin əvvəlki səviyyədə
saxlanılmasının lehinə səs verib.
Klivlend, Minneapolis və Dallas Federal Ehtiyat Banklarının
rəhbərləri Bet Hammak, Nil Kaşkari və Lori Loqan isə son iclasda
faiz dərəcəsinin 25 baza bəndi artırılmasının tərəfdarı
olublar.
FOMC-nin bəyanatında deyilir: “Yaxın Şərqdəki münaqişənin qismən
səbəb olduğu yüksək qeyri-müəyyənliyə baxmayaraq, iqtisadi fəallıq
sabit templərlə artır. Əmək məhsuldarlığının artımı və kapital
qoyuluşları yüksək səviyyədə qalır.”

