Yaponiyada baş verən zəlzələdə ölənlərin sayı 34-ə çatıb

Baş səhifə

Yaponiyanın Kyuşu adasındakı Kumamoto prefekturasında baş verən zəlzələ nəticəsində həlak olanların sayı 34 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Kumamoto prefekturasının hakimiyyət orqanları məlumat yayıb.

Rəsmilər axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini, dağıntılar altında qalanların axtarıldığını bildiriblər. Ölənlərin sayının artacağı istisna edilmir.