
Bakı. Trend:
Bakı — Azərbaycan Hava Yolları Türkiyənin Qars şəhərinə ilk
uçuşunu uğurla həyata keçirib.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti
məlumat yayıb.
Qars istiqamətində həyata keçirilən ilk reysin sərnişinləri Qars
Harakani Hava Limanında xüsusi mərasimlə qarşılanıblar. Yeni
marşrut üzrə reyslər həftədə iki dəfə – cümə axşamı və bazar
günləri həyata keçiriləcək. Bu istiqamətin açılması Azərbaycan və
Türkiyə arasında hava əlaqələrinin daha da genişlənməsinə,
sərnişinlər üçün səyahət imkanlarının artırılmasına, həmçinin
turizm, biznes və mədəni əlaqələrin inkişafına əlavə töhfə
verəcək.
Qeyd edək ki, Türkiyə Azərbaycan Hava Yollarının ən geniş təmsil
olunduğu bazar olaraq qalır. Hazırda aviaşirkət İstanbul, Ankara,
İzmir, Antalya, Bodrum, Trabzon, Dalaman, Adana və Qars
istiqamətlərinə müntəzəm reyslər həyata keçirir.

