
Bakı. Trend:
Strategiyaya uyğun olaraq daxili maliyyə bazarının inkişfının
dəstəklənməsi məqsədilə, habelə xarici dövlət borcunun daxili
dövlət borcu ilə vəzlənməsi çərçivəsində 2018-ci il ilə müqayisədə
dövriyyədə olan dövlət qiymətli kağızların həcmi təqribən 6,8dəfə
artaraq 2026-cı il 1 iyul tarixinə 7 milyard 234,6 milyon manata
çatıb.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
2026-cı ilin birinci yarımili ərzində dövlət büdcəsində nəzərdə
tutulmuş daxili dövlət borcuna xidmət xərclərindən dövlət
istiqrazları üzrəfaiz və diskont ödənişlərinin yerinə yetirilməsinə
275,9 milyon manat məbləğində vəsait istifadə edilib.Eyni zamanda 1
milyard 971,9 milyon manat məbləğindədövlət istiqrazları üzrə vaxtı
çatmış əsas borc vəsaitiinvestorlara geri ödənilib, habelə 200
milyon manat məbləğində dövlət istiqrazları daxili maliyyə
bazarında yerləşdirilib.
Hesabat tarixinə dövriyyədə olan 7 milyard 234,6 milyon manat
məbləğində dövlət qiymətli kağızların 51,6 faizi 5 ilədək, 48,4
faizi isə 5 il və daha artıq müddətli qiymətli kağızların payına
düşür.
“2025-ci ildə ortamüddətli dövlət istiqrazlarının dövriyyə
müddəti əsasən 5-10 il olan dövlət istiqrazları ilə əvəz olunması,
cari ilin 1 iyul tarixinə qısamüddətli dövlət istiqrazlarının
ödənilərək dövriyyədən çıxarılması və daxili maliyyə bazarında
uzunmüddətli dövlət istiqrazlarının yerləşdirilməsi dövlət
istiqrazları üzrə Orta Ödəmə Müddətinin (OÖM) artaraq 3,86 il
təşkil etməsinə səbəb olub”, – məlumatda qeyd edilib.

