
Bakı. Trend:
Martın 8-də İran İslam Respublikasının Prezidenti Məsud
Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng
edib.
Trend xəbər verir ki,
Prezident Məsud Pezeşkian dövlətimizin başçısının İran İslam
Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir
çox mülki şəxsin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı
səfirliyinə gələrək başsağlığı verməsinə, həmçinin İrana humanitar
yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib.
Məsud Pezeşkian Naxçıvanın havadan atəşə tutulması ilə bağlı
insidentin İranla əlaqəsi olmadığını deyərək, hadisənin
araşdırılacağını vurğulayıb.
Prezident İlham Əliyev İranda baş vermiş son hadisələrdə çox
sayda mülki şəxslərin həlak olması ilə bağlı bir daha başsağlığını
çatdırıb.
Dövlətimizin başçısı Naxçıvanda baş vermiş hadisənin
araşdırılmasının vacibliyini vurğulayıb.
Telefon söhbəti əsnasında dövlət başçıları müştərək iqtisadi
layihələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi
aparıblar.

