
Bakı. Trend:
ABŞ Çin, Hindistan, Rusiya və İranda İslam İnqilabı Keşikçiləri
Korpusuna (SEPAH) dəstək verdiyi bildirilən altı qurum və fiziki
şəxsə sanksiya tətbiq edib.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilib ki,
sanksiyalar İranın silah, hərbi personal və avadanlığın daşınması
üçün istifadə etdiyi iddia olunan “Mahan Air” aviaşirkətinə dəstək
göstərən qurumları da əhatə edir.
Açıqlamada qeyd olunub ki, ABŞ beynəlxalq ictimaiyyəti, xüsusilə
də “Mahan Air” və ya sanksiyalara məruz qalan digər İran
aviadaşıyıcıları ilə əməkdaşlıq edən şirkət və şəxsləri bu cür
əlaqələrin davam etdirilməsinin yaratdığı ciddi riskləri nəzərə
almağa çağırır.

