
Bakı.Trend:
Son 3 həftə ərzində ilk dəfə olaraq Qətərə məxsus
mayeləşdirilmiş təbii qaz (LNG) tankeri Hörmüz boğazından uğurlu
şəkildə keçib.
Bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Qətər tankeri rəsmi Tehrandan müvafiq icazəni
adlıqdan sonra İranın təsdiqlədiyi marşrut üzrə hərəkət edərək
Hörmüzü tərk edib.
“Bloomberg” agentliyinin gəmi izləmə məlumatlarına əsasən,
tanker transponderi aktiv vəziyyətdə Hörmüz boğazını keçərək Oman
körfəzinə daxil olub.
“MarineTraffic” platformasının məlumatları da gəminin Pakistana
doğru hərəkət etdiyini göstərib.

