
Bakı. Trend:
Avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına
yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, aylıq
yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal
olunur.
Ayın ilk günlərində ölkə ərazisində əksər rayonlarda əsasən
yağmursuz hava şəraiti müşahidə olunsa da, lakin bəzi dağlıq və
dağətəyi ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı
ehtimalı var.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq
temperaturunun 26-28°C isti olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 22-27°C,
gündüzlər 30-35°C, birinci və ikinci ongünlüyün bəzi günlərində
40°C-yə yaxın isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının
iqlim normasına yaxın olacağı gözlənilir (norma 6-8 mm).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur
rayonlarında havanın orta aylıq temperaturunun 27-29°C isti olacağı
gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Gecələr havanın temperaturu 22-27°C, gündüzlər 33-38°C, birinci və
ikinci ongünlüyün bəzi günlərində 41°C-yə yaxın isti olacağı
gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın
olacağı (norma 6-10 mm) gözlənilir.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Goranboy, Daşkəsən və
Gədəbəy rayonlarında havanın orta aylıq temperaturu 22-25°C isti
olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr
havanın temperaturunun 15-20°C, gündüzlər 22-27°C, birinci və
ikinci ongünlüyün bəzi günlərində 34-38°C isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı
gözlənilir (norma 26-55 mm).
Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında
havanın orta aylıq temperaturunun 23-25°C isti olacağı gözlənilir
ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu
15-20°C, gündüzlər 22-27°C, birinci və ikinci ongünlüyün bəzi
günlərində 35-38°C isti olacağı gözlənilir. Aylıq yağıntının
miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 15-37
mm).
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Tərtər və Füzuli
rayonlarında havanın orta aylıq temperaturunun 25-28°C isti olacağı
gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Gecələr havanın temperaturu 22-27°C, gündüzlər 33-38°C, birinci və
ikinci ongünlüyün bəzi günlərində 41°C-yə yaxın isti olacağı
gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın
olacağı gözlənilir (norma 19-27 mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
havanın orta aylıq temperaturunun 23-27°C isti olacağı gözlənilir
ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr
havanın temperaturu 19-24°C, gündüzlər 30-35°C, birinci və ikinci
ongünlüyün bəzi günlərində 37-39°C isti olacağı gözlənilir. Aylıq
yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir
qədər çox olacağı gözlənilir (norma 13-116 mm).
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir,
Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan və
Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 27-29°C
isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir
qədər yüksəkdir. Gecələr havanın temperaturu 22-27°C, gündüzlər
33-38°C, birinci və ikinci ongünlüyün bəzi günlərində 41°C-yə yaxın
isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim
normasına yaxın olacağı gözlənilir (norma 6-22 mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara və
Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 24-27°C
isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir
qədər yüksəkdir. Gecələr havanın temperaturu 22-27°C, gündüzlər
30-35°C, birinci və ikinci ongünlüyün bəzi günlərində 38°C isti
olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına
yaxın olacağı gözlənilir (norma 13-83 mm).

