Pakistanda terror hücumu – 9 ölü, 30-a yaxın yaralı

Baş səhifə

Bakı.Trend:

Pakistanın şimal-qərbində yerləşən Xeybər-Paxtunxva əyalətində
terrorçuların silahlı hücumu nəticəsində azı 9 polis əməkdaşı həlak
olub, daha 28 nəfər yaralanıb.

Bu barədə “Dawn” qəzeti yerli hakimiyyət orqanlarına istinadən
məlumat yayıb.




Bölgənin polis baş inspektoru Zülfiqar Həmid bildirib ki, ölkədə
qadağan olunmuş “Fitnə əl-Xəvaric” qruplaşmasının silahlıları Hanqu
dairəsində təhlükəsizlik qüvvələrinin blokpostuna silahlı hücum
ediblər.

Onun sözlərinə görə, polisin cavab əməliyyatı nəticəsində 15
terrorçu zərərsizləşdirilib.