
Bakı.Trend:
Qırğızıstan Prezidenti Sadır Japarov və Özbəkistan Prezidenti
Şavkat Mirziyoyev iki respublika arasında müttəfiqlik münasibətləri
haqqında müqavilə imzalayıblar.
Bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti iki ölkə
liderlərinin Çolpon-Atada keçirdiyi danışıqların yekunlarına dair
məlumat yayıb.
Ümumilikdə, təkbətək və geniş tərkibdə keçirilən danışıqlardan
sonra 12 sənəd imzalanıb. Bunlar arasında müdafiə sahəsində
əməkdaşlıq və ali təhsil sahəsində kreditlərin qarşılıqlı
tanınmasına dair sazişlər də yer alır.
Həmçinin aqrar-sənaye kompleksi sahəsində əməkdaşlıq, turizm
sahəsində əməkdaşlığın inkişafı üzrə birgə fəaliyyət, 2026–2028-ci
illər üçün investisiya sahəsində ikitərəfli əməkdaşlıq və 2028-ci
ilədək mədəniyyət sahəsində əməkdaşlıq planları təsdiqlənib.

