Mərdəkanda dənizdə batan gəncin axtarışları davam edir (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Mərdəkanda dənizdə batan 22 yaşlı gəncin axtarışları davam edir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti
məlumat yayıb.

Bildirilib ki, 15 iyul 2026-cı il tarixində Bakı şəhəri, Xəzər
rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə
məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə batan 2004-cü
il təvəllüdlü Qarayev Elgün Elçin oğlunun axtarışları davam
etdirilir.




Hazırda axtarışlar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və
Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri
tərəfindən vətəndaşın batdığı ehtimal edilən istiqamətlər üzrə
fasiləsiz olaraq həyata keçirilir.