
Bakı. Trend:
İlhamə Novruzova “Naxçıvan Muxtar Respublikası Televiziya və
Radio Verilişləri” QSC-nin sədr müavini vəzifəsindən azad
edilib.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
birinci müavini Bəxtiyar Məmmədov müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən, İlhamə Tofiq qızı Novruzova “Naxçıvan Muxtar
Respublikası Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini
vəzifəsindən azad olunub.
Qeyd edək ki, İlhamə Novruzova 2023-cü ilin noyabrında sözügedən
QSC-nin sədr müavini vəzifəsinə təyin edilmişdi.

