Xaçmazda yeniyetmə qız dənizdə boğulub

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə
Xaçmaz rayonu, Nabran kəndində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin
batması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və
Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri
axtarışlara cəlb olunub.




Hazırda vətəndaş – 2008-ci il təvəllüdlü Xalidova Arzu Zaur
qızının batdığı ehtimal edilən istiqamətlərdə axtarışları davam
etdirilir.

Şahidlərin bildirdiyinə görə, faciə baş verən zaman atası və
qardaşı yanında olsa da, A.Xalidovanı xilas edə bilməyiblər.