
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.
Modern.az-ın məlumatına görə, SEPAH bəyan edib ki, əgər İrana qarşı yenidən hər hansı hərbi hücum və ya təcavüz baş verərsə, cavab əvvəlkindən daha sərt olacaq və münaqişə təkcə regionla məhdudlaşmayacaq, daha geniş ərazilərə yayılacaq.
Bəyanatda ABŞ və İsrail “düşmən” adlandırılaraq deyilir ki, onlar əvvəlki qarşıdurmalardan dərs çıxarmayıb və yenidən təhdid dilinə keçirblər.
SEPAH iddia edir ki, əvvəlki hücumlara baxmayaraq İran bütün gücünü hələ tam istifadə etməyib, amma növbəti hücum olarsa daha güclü cavab veriləcək.
Bəyanatın sonunda “biz gücümüzü sözlə yox, döyüş meydanında göstərəcəyik” kimi sərt mesaj verilib.

