
Bakı. Trend:
2026-cı il futbol üzrə dünya çempionatının yarımfinal
mərhələsində İngiltərə və Argentina milli komandaları arasında
keçirilən oyun başa çatıb.
ABŞ-ın Atlanta şəhərində yerləşən “Mercedes-Benz Stadium”
arenasında baş tutan görüşü ABŞ-dan olan baş hakim İsmayıl Əlfətin
rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Qarşılaşma Argentina millisinin 2:1 hesablı əzmkar qələbəsi ilə
yekunlaşıb.
Oyunda hesabı 55-ci dəqiqədə İngiltərə millisinin hücumçusu
Entoni Qordon açıb. Argentinanın yarımmüdafiəçisi Entso Fernandes
85-ci dəqiqədə hesabı bərabərləşdirib. Komandanın hücumçusu Lautaro
Martines isə 90+2-ci dəqiqədə qələbə qolunu vuraraq oyunun yekun
hesabını müəyyənləşdirib – 2:1.
Turnirin əvvəlki mərhələsində İngiltərə Norveçi 2:1 hesabı ilə
məğlub etmişdi. Argentina isə İsveçrəni 3:1 hesabı ilə
üstələmişdi.
Bundan əvvəl digər yarımfinal görüşündə İspaniya millisi
Fransanı 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Dünya
çempionatının final oyunu iyulun 19-da keçiriləcək.

