Azərbaycandan tranzit keçməklə Ermənistana 7 vaqon buğda göndəriləcək

Baş səhifə

Bakı.Trend:

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 7 vaqon
buğda göndəriləcək.

Trend xəbər
verir ki, bu gün Ermənistana 490 ton buğda tədarük ediləcək.




Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan
tranzit keçməklə 36 min tondan çox taxıl, 8 min tona yaxın gübrə,
1136 ton propan, 133 ton alüminium və 414 ton antrasit
göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox
dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.