
Şuşa.Trend:
Biz harada kömək edə biləriksə, hər zaman orada səmimi şəkildə
dəstək olmuşuq və bu, bizim əsas davranış xəttimizdir. Artıq bu,
bir ənənəyə çevrilib: əgər nəyəsə yardım etmək imkanımız varsa,
bunu mütləq edirik. Əvvəllər belə bir imkanımız yox idi. Lakin bu
gün artıq həm maddi, həm siyasi, həm də digər məsələlər baxımından
bunu etməyə qadirik.
Bu fikirləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media
Forumunda səsləndirib.
Dövlətimizin başçısı Azərbaycanın artan rolundan danışaraq,
burada etimad, səmimiyyət və dürüstlüyün əsas amillər olduğunu
vurğulayıb. “
Prezident İlham Əliyev, həmçinin Qoşulmama Hərəkatına üzv olan
120 ölkənin Azərbaycana yekdil şəkildə səs verməsini Azərbaycana
göstərilən böyük etimad və etibarın təzahürü kimi
qiymətləndirib.

