
Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Şuşanın
Kiçik Qaladərəsi kəndində qayıdan sakinlərlə görüşüb.
Trend xəbər verir
ki, dövlət başçısının səmimi söhbəti maraqla qarşılanıb.
Həmin dialoqu təqdim edirik:
Prezident: Görürsən? Anasının yanını istəyir. Gəl şəkil çəkdirək
sonra gedərsən. O biri qız hanı?
Sakin: Gülər, Gülər…
Prezident: Onunla ayrı çəkdirərik. Bu deyəsən mənə öyrəşdi.
Hə?

