
Bakı. Trend:
Venesuelada zəlzələ nəticəsində həlak olanların sayı 4118 nəfərə
çatıb.
Bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriges özünün
teleqram kanalında məlumat yayıb.
Bildirilib ki, 16 740 nəfər xəsarət alıb, 17 907 nəfər evsiz
qalıb. Zəlzələ nəticəsində 190 bina tamamilə dağılıb, 856 bina isə
ciddi zədələnib.
Məlumata görə, axtarış-xilasetmə əməliyyatları zamanı 6462 nəfər
xilas edilib. Bundan başqa, 29 966 nəfərə tibb müəssisələrində
yardım göstərilib, 86 794 ailəyə humanitar dəstək verilib və
zərərçəkənlərə 9766 ton ərzaq paylanıb.
Xatırladaq ki, iyunun 24-də Venesuelada təxminən 40 saniyə
fərqlə 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ qeydə alınıb.
Təkanların episentrləri Yarakuy ştatında bir-birindən 10 kilometr
məsafədə yerləşib. Zəlzələdən sonra ötən günlər ərzində 1 000-dən
çox afterşok qeydə alınıb.

