
Bakı.Trend:
ABŞ-nin Alyaska ştatının ucqar rayonlarının sakinləri
ABŞ-İsrail-İran münaqişəsi fonunda ən yüksək yanacaq qiymətləri ilə
üzləşiblər.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Məlumata görə, bəzi yaşayış məntəqələrində benzinin qiyməti bir
qallon üçün təxminən 10 dollara (təxminən litr üçün 2,64 dollar)
çatıb.
Vəziyyət xüsusilə ştatın qalan hissəsi ilə avtomobil əlaqəsi
olmayan, əlçatmaz yaşayış məntəqələrində daha kəskin hiss olunur.
Bu ərazilərə yanacaq yalnız yay mövsümündə, su yolları buzdan azad
olduqdan sonra barjalar vasitəsilə çatdırılır. Son tədarükdən sonra
yanacağın qiyməti müəyyən edilir və növbəti mövsümədək dəyişməz
qalır.
İranla münaqişə dövründə dünya bazarında neft qiymətlərinin
kəskin bahalaşması səbəbindən bir çox icmalar benzini, dizel
yanacağını və mazutu xeyli yüksək qiymətlərlə almağa məcbur
olublar. Dünya bazarında vəziyyət normallaşsa belə, həmin
bölgələrin sakinləri növbəti tədarükədək əvvəlki, daha yüksək
tariflərlə ödəniş etməyə davam edəcəklər.

