DÇ-2026: İsveçrə Kanadaya qarşı üstünlüyünü artırdı –

Baş səhifə

Futbol üzrə 2026-cı il dünya çempionatının B qrupunda keçirilən İsveçrə – Kanada qarşılaşmasında hesab 2:0-a çatıb.

Metbuat.az xəbər verir ki, ikinci hissəyə sürətli başlayan İsveçrə millisi əvvəlcə 40-cı saniyədə Ruben Varqasın qolu ilə önə keçib. Qarşılaşmanın davamında isə komandanın gənc istedadı Yohan Manzambi fərqlənərək hesab arasındakı fərqi iki topa yüksəldib.

Beləliklə, İsveçrə hazırda Kanada üzərində 2:0 hesablı üstünlüyə malikdir və bu nəticə dəyişməz qalacağı təqdirdə B qrupunu lider kimi başa vuracaq.

Hər iki komanda artıq 1/16 final mərhələsinə yüksəlməyi böyük ölçüdə təmin etsə də, qrup birinciliyi pley-off mərhələsində daha əlverişli rəqiblərlə qarşılaşmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Hazırda İsveçrə qələbəyə doğru inamla irəliləyir və B qrupunda ilk pilləni tutmağa çox yaxındır.

***

00.24

Futbol üzrə 2026-cı il dünya çempionatının B qrupunda keçirilən İsveçrə – Kanada matçında hesab açılıb.

İkinci hissənin başlamasından cəmi 40 saniyə sonra İsveçrə millisi önə keçib. Sağ cinahdan sürətli hücum quran isveçrəlilərin təşkil etdiyi epizodda Manzambinin ötürməsi Kanada müdafiəçilərinin mövqe səhvinə səbəb olub. Cərimə meydançasına göndərilən topun istiqaməti cüzi dəyişdikdən sonra uzaq dirək önündə nəzarətsiz qalan Ruben Varqas dəqiq zərbə ilə topu qapının aşağı küncünə göndərib.

Bu qoldan sonra İsveçrə yığması matçda 1:0 hesabı ilə irəli çıxıb və hazırkı vəziyyətə görə B qrupunun lideri olaraq pley-off mərhələsinə vəsiqə qazanmağa yaxınlaşıb.

Hər iki komanda artıq 1/16 final mərhələsinə yüksəlməyi demək olar ki, təmin etsə də, bu görüşdə qələbə qrup birincisi kimi növbəti mərhələyə adlamaq və daha əlverişli pley-off yolu əldə etmək baxımından böyük əhəmiyyət daşıyır.

Hazırda qarşılaşmada hesab İsveçrənin xeyrinə 1:0-dır.

***

00.13

Futbol üzrə 2026-cı il dünya çempionatının B qrupunda keçirilən İsveçrə – Kanada qarşılaşmasının ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb.

Metbuat.az xəbər verir ki, matçın ilk 45 dəqiqəsi gərgin mübarizə şəraitində keçsə də, tərəflər hesabı aça bilməyiblər. İsveçrə yığmasının ən təhlükəli epizodu Breel Embolonun zərbəsi zamanı yaşanıb. Kanada millisinin qapıçısı Maksim Krepo uğurlu seyvlə komandasını qoldan xilas edib.

Kanada yığması da bir neçə qol imkanı əldə edib. Kayl Larin və Əli Əhməd fərqlənmək üçün əlverişli fürsətlər yaxalasalar da, bu şanslardan yararlana bilməyiblər.

Beləliklə, komandalar fasiləyə 0:0 hesablı bərabərliklə yollanıblar. Qarşılaşmanın taleyinə ikinci hissədə aydınlıq gələcək.

****

23.00

Futbol üzrə dünya çempionatında B qrupunun III turu çərçivəsində İsveçrə və Kanada yığmaları üz-üzə gəlir.

Metbuat.az xəbər verir ki, qarşılaşma Vankuverdə yerləşən “BC Place” stadionunda keçirilir.

Matçı braziliyalı FIFA referisi Ramon Abatti idarə edir. Oyunun start fiti artıq səslənib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.