“Belarusu müharibəyə çəkməyin” –

Baş səhifə

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna Prezidenti Volodimir Zelenskinin nümayəndələri ilə görüş keçirdiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Belarus lideri Moskva vilayətinin qubernatoru Andrey Vorobyovla görüşündə danışıb.

Lukaşenko bildirib ki, görüş zamanı Ukrayna tərəfinə Belarusun müharibəyə cəlb edilməsinin ciddi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.

“Onlara açıq dedim ki, əgər Zelenski bizimlə bu cür danışmağın və Belarusu müharibəyə çəkməyin mümkün olduğunu düşünürsə, anlamalıdır ki, o zaman müharibənin xarakteri dərhal dəyişəcək. Bu, tamamilə başqa müharibə olacaq”, – deyə Belarus Prezidenti vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna tərəfi bu mesajın Zelenskiyə çatdırıldığını və Kiyevin bunu anladığını bildirib.

Lukaşenko qeyd edib ki, Belarus müharibəyə qoşulmaq niyyətində deyil və münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdır.

“Bizə müharibə lazım deyil. Heç bir qarşıdurmaya can atmırıq. Sülh istəyirik. Amma eyni zamanda əmin olmalıyıq ki, bizi yenidən aldatmağa çalışmayacaqlar”, – deyə o əlavə edib.

Belarus lideri həmçinin vurğulayıb ki, ölkəsi istənilən vəziyyətdə Rusiyanın yanında olacaq.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.