ABŞ-nin Azərbaycandakı səfirliyi ABŞ-Türkiyə futbol matçına həsr olunan tədbir keçirir (FOTO)

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Azərbaycandakı səfirliyi ABŞ və Türkiyə arasında 2026-cı
il futbol üzrə dünya çempionatı matçına həsr olunmuş tədbir
keçirir.

Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, “USA–Türkiye World Cup Watch Party” adlı tədbir Bakıda yerləşən “Landmark III” kompleksinin 22-ci mərtəbəsində keçirilir.

ABŞ səfirliyi tərəfindən dəvət olunmuş qonaqlar səhər yeməyi
zamanı dünya çempionatının qrup mərhələsi matçını qrup şəklində
izləmək üçün toplaşıblar.

Görüş yerli vaxtla səhər saat 6:00-da başladı. ABŞ-nin
Azərbaycandakı müvəqqəti işlər vəkilinin fasilə zamanı çıxışı
gözlənilir.




ABŞ millisi qarşılaşmanın artıq 2-ci dəqiqəsində hesabı açaraq
Türkiyə üzərində 1:0 hesabı ilə önə keçib.

FIFA-nın məlumatına görə, bu qarşılaşma ABŞ və Türkiyə milli
komandalarının FIFA dünya çempionatları tarixində ilk oyunu
olub.

Xəbər yenilənəcək