Petr Çex hokkeyçi karyerasını bərpa edib

Baş səhifə
Petr Çex hokkeyçi karyerasını bərpa edib

İngiltərənin “Çelsi”, “Arsenal” klublarının və Çexiya millisinin keçmiş qapıçısı Petr Çex hokkeyçi karyerasını bərpa edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, 43 yaşlı qapıçı İngiltərənin 4-cü divizion komandası “Harinqey”lə müqavilə imzalayıb.

Bu, keçmiş futbolçunun hokkey karyerasında 5-ci klub olub.

Qeyd edək ki, P.Çex daha əvvəl İngiltərənin “Qilford Feniks”, “Çelmsford”, “Oksford” və “Belfast” klublarında çıxış edib.