Konqoda “Ebola” virusundan ölənlərin sayı 304 nəfərə çatıb

Baş səhifə

Bakı. Trend:

Konqo Demokratik Respublikasında (KDR) “Ebola” virusundan
ölənlərin sayı son 24 saat ərzində 13 nəfər artaraq 304-ə
çatıb.

Bu barədə Konqo Rabitə və Media Nazirliyi gündəlik bülletenində
məlumat yayıb.




Virusa yoluxanların sayı əvvəlki günlə müqayisədə 37 nəfər
artaraq 1155-ə yüksəlib. Ölüm göstəricisi 26,3 faiz təşkil
edir.

Hazırda xəstəxanalarda və izolyasiya palatalarında 326 xəstə
müalicə olunur. Eyni zamanda 138 nəfər tam sağalaraq tibb
müəssisələrindən evə buraxılıb.