Bakı. Trend:
Fransanın avtomobil istehsalçısı “Renault” Çin avtomobil
şirkətlərinin artan rəqabəti fonunda ölkədəki mühəndislik
bölməsində 2027-ci ilin sonunadək 800 iş yerini ixtisar etməyi
planlaşdırır.
Bu barədə “Le Monde” qəzeti məlumat yayıb.
Şirkətin beynəlxalq texnologiyalar bölməsinin rəhbəri Filip
Brunen bildirib ki, Çin istehsalçıları Avropa bazarında paylarını
sürətlə artırır və bu, “Renault”u rəqabət qabiliyyətini
gücləndirməyə məcbur edir. İxtisarlar könüllü proqram əsasında
həyata keçiriləcək. Eyni zamanda, şirkət 150-200 yeni mühəndis işə
götürməyi və bəzi əməkdaşlar üçün yenidənhazırlanma proqramı təşkil
etməyi nəzərdə tutur.
“Renault” bu addımın şirkətin uzunmüddətli inkişaf strategiyası
və rəqabət qabiliyyətinin qorunması məqsədilə atıldığını
vurğulayıb.

