İsrail prezidentinin olduğu helikopter quşla toqquşduqdan sonra təcili eniş edib

Baş səhifə

Bakı. Trend:

İsrail prezidenti İtsxak Hersoqun olduğu İsrail Müdafiə
Qüvvələrinə (SAXAL) məxsus helikopter quşla toqquşduqdan sonra
İsrail Hərbi Hava Qüvvələri bazasına təcili eniş edib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.




“Bu gün planlı uçuş zamanı, göyərtəsində İsrail prezidentinin
olduğu İsrail Müdafiə Qüvvələrinə (SAXAL) məxsus helikopter quşla
toqquşduqdan sonra ölkənin mərkəzində yerləşən İsrail Hərbi Hava
Qüvvələrinin bazasına eniş edib”, – deyə açıqlamada bildirilib.

Mətbuat xidməti əlavə edib ki, “tələfat və ya ziyan barədə heç
bir məlumat verilməyib”. Qeyd edilib ki, “standart prosedura uyğun
olaraq heyət başqa bir helikopterə keçərək uçuşu davam edib”.