Niderland, Yaponiya və İsveç pley-off mərhələsinə vəsiqə qazanıblar

Baş səhifə

Bakı. Trend:

Niderland millisi futbol üzrə dünya çempionatının qrup
mərhələsinin sonuncu – üçüncü turunda Tunis yığmasını 3:1 hesabı
ilə məğlub edib.

Qarşılaşma ABŞ-nin Missuri ştatının Kanzas-Siti şəhərində
keçirilib.

Oyunun 3-cü dəqiqəsində Tunis millisinin futbolçusu Elyes Skiri
avtoqola imza atıb. Niderland yığmasının heyətində Brayan Brobbi
7-ci, Yan Paul van Hekke isə 62-ci dəqiqədə fərqlənib. Tunis
millisinin yeganə qolunu isə Mahaçqala “Dinamo”sunda çıxış edən
yarımmüdafiəçi Hazem Masturi vurub.




F qrupunun digər oyununda İsveç və Yaponiya milliləri ABŞ-nin
Texas ştatının Arlinqton şəhərində 1:1 hesablı heç-heçə
ediblər.

Niderland millisi 7 xalla qrupu birinci pillədə başa vurub.
Yaponiya 5 xalla ikinci, İsveç 4 xalla üçüncü, Tunis isə xalsız
sonuncu olub.

Niderland, Yaponiya və İsveç milliləri turnirin pley-off
mərhələsinə yüksəlib. Niderland yığması 1/16 finalda iyunun 30-da
Meksikanın Monterrey şəhərində Mərakeş millisi ilə qarşılaşacaq.
Yaponiya iyunun 29-da ABŞ-nin Hyuston şəhərində Braziliya ilə
üz-üzə gələcək. İsveç millisinin növbəti rəqibi isə daha sonra
müəyyənləşəcək.