Məktəblilərin Respublika İdman Olimpiadasında üçüncü gün başa çatıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə
təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq
idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə keçirilən
Məktəblilərin Respublika İdman Olimpiadasında (MRİO) yarışlar davam
edir. Olimpiadanın üçüncü günündə müxtəlif idman növləri üzrə
qarşılaşmalar keçirilib.

Elm və Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumatına görə,
məktəblilər öz bacarıqlarını nümayiş etdirərək qalib olmaq uğrunda
mübarizə aparıblar.

Bildirilib ki, yarışın üçüncü günündə ağırlıqqaldırma,
badminton, basketbol, boks, cüdo, yunan-Roma güləşi, sərbəst güləş,
gimnastika və stolüstü tennis üzrə yarışlar təşkil olunub.
Gimnastika və ağırlıqqaldırma üzrə yarışlara yekun vurulub,
qaliblər müəyyənləşib. Yunan-Roma güləşi üzrə isə müxtəlif çəki
dərəcələrində mübarizəyə start verilib və finalçılar bəlli
olub.




“Sonda idman növləri üzrə qaliblər və mükafatçılar təltif
olunublar. Günün sonunda “Atletlər kəndi”ndə məktəblilər üçün
əyləncə proqramı təşkil edilərək onların asudə vaxtının səmərəli
keçirilməsi təmin olunub”, – məlumatda əks olunub.

Qeyd edək ki, Məktəblilərin Respublika İdman Olimpiadasında
yarışlar 26 iyun tarixinədək davam edəcək. Olimpiada ölkənin
müxtəlif bölgələrindən olan məktəblilərin iştirakı ilə
keçirilir.

Xatırladaq ki, Bakı 2026-cı il üçün Dünya İdman Paytaxtı elan
olunub. Ölkəmizdə ilk dəfə keçirilən Məktəblilərin Respublika İdman
Olimpiadasının məhz bu ilə təsadüf etməsi isə tədbirin əhəmiyyətini
və əhatə dairəsini daha da artırır.