Azərbaycan boksçuları Olimpiya ümidləri turnirində 12 medal qazanıblar (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda boks üzrə Olimpiya
ümidləri turnirinə yekun vurulub.

2 kateqoriya üzrə yarışa 13 idmançı ilə qatılan Azərbaycan
millisi 12 medal – 7 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb.




U-19-lar arasında təşkil olunan turnirdə Əli Əliyev (50
kiloqram), Nihat Qasımov (55 kiloqram), Əli Baxışov (60 kiloqram)
və Səftər Məmmədzadə (+90 kiloqram fəxri kürsünün ən yüksək
pilləsinə qalxıblar. Gülər Hüseynova (54 kiloqram) gümüş, Şahin
Aslanovla (65 kiloqram) Rza Rzayev (70 kiloqram) bürünc medala
sahib olublar.

U-17-lərin yarışında Aysel Fərəcova (48 kiloqram), Səma Abbasova
(66 kiloqram) və Xumar Cəfərli (80 kiloqram) birinci yeri tutublar.
Aydan İsmayıllı (48 kiloqram) ilə Fatimə Məmmədli (50 kiloqram) isə
gümüş medala yiyələniblər.