İsmayıllıda 5 yaşlı uşaq hovuzda boğularaq ölüb

Baş səhifə

Bakı.Trend:

İsmayıllı rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt
hadisə baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Talıstan kəndində qeydə
alınıb.




Belə ki, 5 yaşlı T. Teymurlu yaşadığı evin həyətində yerləşən
hovuzda üzərkən boğularaq həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.