
Bakı. Trend:
İsrail Livanın cənubundakı təhlükəsizlik zonasından, o cümlədən
Bofor qalası ərazisindən qoşunlarını çıxarmaq niyyətində deyil.
Bu barədə İsrailin müdafiə naziri İsrail Kats “X” sosial
şəbəkəsində yazıb.
Onun sözlərinə görə, İsrail Bofor bölgəsindən geri çəkilməyi
planlaşdırmır, çünki bu ərazi Livandakı təhlükəsizlik zonasının
ayrılmaz hissəsidir və Qalileyanın müdafiəsi, eləcə də İsrail
Müdafiə Ordusunun (SAXAL) fəaliyyətində mühüm rol oynayır.
Nazir həmçinin qeyd edib ki, İsrailin baş naziri Binyamin
Netanyahu ilə birlikdə İsrail Livandakı təhlükəsizlik zonasından
qoşunların çıxarılmayacağını açıq şəkildə bəyan edib.

