ABŞ millisi Avstraliyanı məğlub edib – DÇ-2026

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə dünya çempionatında ikinci turun oyunları
keçirilir.

B qrupunda ABŞ Avstraliya ilə qarşılaşıb.

Görüş amerikalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.




11-ci dəqiqədə avstraliyalıların heyətində Kameron Börces
avtoqol müəllifi olub. 44-cü dəqiqədə Aleks Frimen ikinci qolu
vurub.

Xallarını 6-ya çatdıran ABŞ millisi turnir cədvəlinə başçılıq
edir.