Dövlət büdcəsinə artıq ödənişlərin həcmi 3 milyard manata yaxınlaşıb

Baş səhifə

Bakı. Trend:

Dövlət büdcəsinə artıq ödənişlərin həcmi 3 milyard manata
yaxınlaşıb.

Bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin ilk yarısı üzrə
hesabatında bildirilib.

Məlumata əsasən, dövlət büdcəsinə ödənilməli vəsaitin həcmi 4
milyard 50,4 milyon manat təşkil edib. Bu göstərici ilin əvvəli ilə
müqayisədə 741,6 milyon manat və ya 22,4 faiz, ötən ilin müvafiq
dövrü ilə müqayisədə isə 556,7 milyon manat və ya 15,9 faiz
artıb.




Hesabat dövründə dövlət büdcəsinə artıq ödənişlərin həcmi 2
milyard 861,1 milyon manat olub. Bu məbləğ 2026-cı ilin əvvəli ilə
müqayisədə 460,4 milyon manat və ya 19,2 faiz, ötən ilin eyni dövrü
ilə müqayisədə isə 142,3 milyon manat və ya 5,2 faiz çoxdur.

Eyni zamanda məlumata görə, 2026-cı ilin yanvar–iyun aylarında
dövlət büdcəsinin xərcləri 16 milyard 775,5 milyon manat təşkil
edib. Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 320,1
milyon manat və ya 1,9 faiz azalıb.