
Avropa İttifaqı Rusiyanın beş müdafiə sənayesi müəssisəsinin rəhbərini sanksiya siyahısına daxil edib.
Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Rəsmi Jurnalında məlumat dərc olunub.
Sanksiyaya məruz qalan şəxslər bunlardır:
Krasnoyarsk Maşınqayırma Zavodunun baş direktoru Aleksandr Dyukaryov;
Serpuxovun “Metallist” zavodunun baş direktoru Ramil Badqutdinov;
“IRZ-Svyaz” şirkətinin direktoru Sergey Başkov;
“Aeromaks” şirkətinin baş direktoru Sergey Bessonov;
Dəqiq Cihazlar Elmi-Tədqiqat İnstitutunun baş direktoru Viktor İvanov.

