Əhalinin içki və siqaretə xərclədiyi pul açıqlandı

Baş səhifə

Azərbaycanın pərakəndə ticarət şəbəkəsində bu ilin yanvar-may aylarında istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 1 173,6 milyon manat xərclənib.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 1,4% çoxdur.

Əlavə edək ki, 2026-cı ilin ilk 5 ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 4,6%-i içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.