Messi dünya çempionatında oynamaq istəyir

Baş səhifə

Bakı. Trend:

Lionel Messi dünya çempionatında oynamaq istəyir

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, Argentina millisinin və ABŞ-ın “İnter
Mayami” komandasının futbolçusu Lionel Messi 2026-cı il dünya
çempionatında oynamaq istəyir.




38 yaşlı hücumçu bu barədə “Mundo Deportivo” nəşrinə
açıqlamasında deyib. O bildirib ki, mundialda iştirak etmək son
dərəcədə gözəl olardı.

Qeyd edək ki, DÇ-2026-ya ABŞ, Kanada və Meksika birgə ev
sahibliyi edəcək. Mundial ilk dəfə 48 komandanın iştirakı ilə
keçiriləcək.