Azərbaycanda bank sistemindən kənar pul köçürmələrinin həcmi artıb

Baş səhifə

Bakı.Trend:

Azərbaycanda bank sistemindənkənar pul köçürmələrinin həcmi
artıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi
statistik bülletendə bildirilir.

Cari ilin iyun ayında Azərbaycanda sürətli pulköçürmə sistemləri
vasitəsilə bank sistemindənkənar həyata keçirilən pul
köçürmələrinin həcmi 42,6 milyon manat (66,3 min əməliyyat) təşkil
edib.

Trend-in AMB-nin
məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin iyun
ayı ilə müqayisədə əməliyyatların sayı 14,2 min və ya 17,6 faiz
azalıb, pul köçürmələrinin həcmi isə 4,4 milyon manat və ya 11,5
faiz artıb.

AMB-nin məlumatına əsasən, hesabat dövründə bir pul köçürməsinin
orta məbləği 642,7 manat olub ki, bu da 2025-ci ilin iyun ayı ilə
müqayisədə 168,9 manat və ya 35,6 faiz çoxdur.

Qeyd edək ki, bankın məlumatına görə, iyun ayının sonuna bank
sistemi və “Azərpoçt” MMC vasitəsilə dövriyyədə olan ödəniş
kartlarının sayı 22,798 milyon karta çatıb.




AMB-nin məlumatları əsasında aparılan hesablamalara görə, bu
göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz
artıb.

Bundan əlavə, debet kartlarının sayı 12 faiz artdığı halda,
kredit kartlarının sayı 3,5 faiz azalıb.

“İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi ötən
ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artıb. 2026-cı ilin iyun
ayında ödəniş kartlarından istifadə edilməklə ölkə daxilində həyata
keçirilən nağdsız ödənişlərin həcmi 9,902 milyard manat təşkil
edib. Bu məbləğin 8,575 milyard manatı elektron ticarətin payına
düşüb.

Ödənişlərin qalan hissəsi POS-terminallar vasitəsilə 1,325
milyard manat, özünəxidmət terminalları və bankomatlar vasitəsilə
isə 2,5 milyon manat həcmində həyata keçirilib.

İlin əvvəlindən etibarən ölkədaxili ödəniş kartları ilə aparılan
nağdsız əməliyyatların həcmi Azərbaycanda kartlarla həyata
keçirilən ümumi əməliyyatların həcminin 69,8 faizini təşkil edib”,
– deyə AMB-nin məlumatında bildirilir.