
Bakı. Trend:
2026-cı ilin ilk yarısında Azərbaycan Maliyyə Nazirliyi yanında
Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 83 təşkilatda maliyyə
nəzarəti tədbirləri başa çatdırılıb.
Bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin ilk yarısı üzrə
hesabatında bildirilib.
Məlumata əsasən, nəzarət tədbirləri başa çatdırılmış 83
təşkilatdan 51-i hüquq-mühafizə orqanlarından daxil olmuş qərarlar
əsasında, 32-si isə plandankənar yoxlamalar çərçivəsində
yoxlanılıb.
Hesabat dövründə aparılan nəzarət tədbirləri nəticəsində dövlətə
91,6 milyon manat məbləğində vəsait bərpa edilib.
Bundan əlavə, ilkin maliyyə nəzarəti tədbirləri nəticəsində 2,6
milyon manat məbləğində vəsait üzrə mümkün maliyyə pozuntularının
qarşısı alınıb.
Maliyyə Nazirliyindən bildirilib ki, nəzarət tədbirləri dövlət
vəsaitlərindən səmərəli istifadənin təmin olunması, maliyyə
intizamının gücləndirilməsi və büdcə vəsaitlərinin məqsədyönlü
xərclənməsi istiqamətində həyata keçirilən tədbirlərin tərkib
hissəsidir.

