
Bakı. Trend:
Bir hadisəni görəndə ilk olaraq zərər çəkənə yazığımız gəlir.
Sonra isə hamımız fikirləşirik ki, “bu cür hadisələr mənim başıma
gəlməz”. Elə bu, ən çox yol verdiyimiz səhvlərdən biridir. Leysan
yağışlarının yağması, torpaq sürüşməsi, evləri subasması son
aylarda baş verən hadisələr bunu açıq-aşkar göstərir.
Məsələn, Sabunçu rayonunda güclü yağışlar nəticəsində su altında
qalan avtomobillərdən birinə 77 156 manat məbləğində zərər
dəyib. PAŞA Sığorta da həmin zərəri tam ödəyib.
Təbiət hadisələri bununla da məhdudlaşmır. Yağışdan sonra baş
verən torpaq sürüşmələri nəticəsində nəqliyyat vasitələrinin
zədələnməsi halları qeydə alınıb. Təkcə Nərimanov rayonunda torpaq
sürüşməsi nəticəsində 4 avtomobilə güclü zərər dəymişdir.
Sığorta hadisələrin ortaq cəhəti var: onların hamısı
gözlənilmədən baş verir. Məhz buna görə riskləri inkar etmək yox,
onlara hazır olmaq daha vacibdir. Çünki “mənə heç nə olmaz”
düşüncəsi bəzən hadisənin özündən daha baha başa gəlir.

