Böyük Britaniya hökuməti müdafiə xərclərini artırır

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniya hökuməti müdafiə xərclərini 15 milyard funt
sterlinq artırmaq niyyətindədir.

Xarici media yazır ki, bu da nəticədə Böyük Britaniyanın ÜDM-nin
4,3%-ni müdafiəyə yatırması deməkdir.

Baş nazir Keir Starmer yeni planı təqdim edərkən deyib ki, bu
plan, ölkənin hazırda nəyə ehtiyacı olduğunu göstərir və varisim bu
platforma üzərində işçləyəcək.




O, əlavə maliyyələşdirmənin növbəti dörd il ərzində ordunu
dəstəkləmək və milli təhlükəsizliyi gücləndirmək üçün təxminən 300
milyard dollar təmin edəcəyini söyləyib.

2025-ci ildə NATO ölkələri müdafiə xərclərini 2035-ci ilə qədər
ÜDM-in 5%-nə çatdırmağı öhdələrinə götürüblər.

Starmer vurğulayıb ki, bəzi infrastruktur layihələri, xüsusən də
yollar və elektrik enerjisi ilə bağlı layihələr bu vəsaitlərə yol
açmaq üçün ləğv edilib.